Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
2026-09-14 11:12:23
Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb.
Hurriyyet.media əldə etdiyi məlumata görə, hadisə Bərdə şəhəri M.P. Vaqif küçəsində baş verib.
Belə ki, 2024-cü il təvəllüdlü Ə. M (Ad şərtidir) valideynlərinin nəzarətindən yayınaraq həyətə çıxıb.
Azyaşlı həyətdə ehtiyat su toplamaq üçün nəzərdə tutulan hovuza düşüb və boğularaq ölüb.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.