Belarus niyə müharibəyə hazırlaşır? – Lukaşenko səbəbini açıqladı
2026-06-15 16:54:15
Belarus müharibəyə yalnız ondan yayınmaq üçün hazırlaşır.
Hurriyyet.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
Belarus liderinin sözlərinə görə, bu, Minsklə Vaşinqton arasındakı əsas fərqdir. Bu barədə TASS məlumat yayıb .
Amerika müdafiə strukturlarının roluna münasibət bildirən Belarus lideri qeyd etdi ki, ABŞ-ın faktiki olaraq daimi hərbi əməliyyatlara yönəlmiş "müharibə nazirliyi" var.
Lukaşenko vurğulayıb ki, Qərb hər gün müharibəyə hazırlaşır, Belarusun məqsədi isə tam əksidir: hərbi əməliyyatların qarşısını almaq üçün daimi hərbi təlimlər lazımdır.