📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəhlul Mustafazadədən xəbər VAR

2026-05-05 17:03:25

Bəhlul Mustafazadədən xəbər VAR

"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə zədəsini sağaldıb.

Hurriyyet.az oxu.az-a istinadən xəbər verir ki, futbolçu artıq fərdi məşqlərə başlayıb.

Xatırladaq ki, müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Nyukasl"a qarşı keçirilən matçda zədə almışdı.

Sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranan problemlə əlaqədar olaraq oyunçu bir müddət əvvəl cərrahi müdaxiləyə məruz qalmışdı.