📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayramov iranlı həmkarı ilə görüşdü - Foto

2026-09-01 12:52:08

Bayramov iranlı həmkarı ilə görüşdü - Foto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə iranlı həmkarı Seyid Abbas Əraqçi ilə görüşüb.

Hurriyyet.Media xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşılıb.

Bildirilib ki, nazirlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər müntəzəm yüksəksəviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.