📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Barselona" "Bayern Münhen"lə transfer mübarizəsinə girişdi

2026-05-05 20:43:37

"Barselona"nın idman direktoru Deko "Nyukasl"ın futbolçusu Entoni Qordonun agentləri ilə danışıqlara başlayıb.

Milli.Az xəbər verir ki, təxminən 60 milyon avro dəyəri olan futbolçu üçün "Bayern Münhen" də hərəkətə keçib və onun transferi üçün təzyiqləri artırır.

Bu barədə xarici KİV məlumat yayıb.

Qordonun "Nyukasl"la 2030-cu ilin yayına qədər müqaviləsi var.

O, cari mövsüm Çempionlar Liqasında 12 oyuna 10 qol vurmağı bacarıb.