📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"BANM-də hazırda 24 ölkədən əcnəbi tələbə təhsil alır” - Elmar Qasımov

2026-06-11 13:55:56

 

“BANM-də tədris olunan ixtisaslar qısa müddətdə xarici ölkələrdən olan gənclərin də böyük marağına səbəb olub”.

Hurriyyet.info  xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda BANM-də 200 əcnəbi tələbə təhsil alır.

“Onlar Özbəkistan, Konqo, Rusiya, Gürcüstan, Somali, Türkiyə, Banqladeş, Qazaxıstan, Hindistan, Pakistan, Çin, Türkmənistan, Yəmən, İraq, Burundi, Çad, Şri-Lanka, Toqo, Qırğızıstan, Sudan, Tanzaniya, Kot-d'İvuar, Müqəddəs Lusiya və Misiri təmsil edirlər.

BANM ildən-ilə beynəlxalq tələbələrin seçim etdiyi və xarici gəncləri özünə cəlb edən nüfuzlu ali təhsil müəssisəsinə çevrilir.

BANM yalnız yüksəkkeyfiyyətli mühəndis və mütəxəssis hazırlığı ilə deyil, eyni zamanda multikultural və beynəlxalq tələbə mühitinin formalaşdırılması ilə də fərqlənir. Xarici tələbələr universitetin akademik və ictimai həyatında fəal iştirak edir, müxtəlif mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına töhfə verirlər”, - E.Qasımov vurğulayıb.