📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının 4 rayonunda su kəsintisi olacaq

2026-07-02 13:50:11

Bakının 4 rayonunda su kəsintisi olacaq

Sabah Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Musavat.com-a Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə bağlı paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-də günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.