📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda yeni metro stansiyasının adı açıqlandı

2026-09-04 19:23:34

Bakıda yeni metro stansiyasının adı açıqlandı

Bakıda yeni metro stansiyası "20 Sentyabr" adlandırılacaq.

Oxu.Az xəbər verir ki, bununla bağlı qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.

Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyasına "20 Sentyabr" adı verilib.

Bakı Şəhər İcra Hakimiyyəti və "Bakı Metropoliteni" QSC-yə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.