📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda yaşlı qadının üzərindən keçən 214 saylı avtobusdan daha bir ŞİKAYƏT- VİDEO

2026-06-24 21:31:34

Bakıda yaşlı qadının üzərindən keçən 214 saylı avtobusdan daha bir ŞİKAYƏT- VİDEO

Hurriyyet.info Xezerxeber.az-a istinadən  xəbər verir ki, bu şikayətlər 214 nömrəli maşrut avtobusundandır. Sərnişinlər bildirirlər ki, bu xətdəki avtobuslardan istifadə böyük problemə çevrilib. 

Sərnişinlərin əsas narazılıqlarından biri də avtobusların köhnə olmasıdır. İntervalın böyük olmaısı da şikayətlər arasındadır.

 Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirldi ki, 214 nömrəli marşrutda mütəmadi olaraq sərnişindaşıma norma və qaydalarının pozulması halları baş verir. Bu səbəbdən də marşrut xətti müsabiqəyə çıxarılıb. AYNA-nın keçirdiyi müsabiqə nəticəsində artıq 214 nömrəli marşrut üzrə yeni daşıyıcı müəyyən edilib. Yaxın günlərdə yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.

Xatırladaq ki, 214 saylı avtobus bir neçə gün əvvəl 75 yaşlı qadın  üstündən keçib. Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda baş verib.

 Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.