Bakıda ucuzluğu ilə seçildiyi deyilən market səkiləri zəbt edib - ŞİKAYƏT - VİDEO
2026-09-04 14:07:29
Kimisi bazarlıq edir, kimisi yeriməyə yol tapmır… Piyadaların gündəlik istifadə etdikləri səkinin qanunsuz zəbt olunduğu iddia edilir…
Hurriyyet.Media xəbər verir ki, görüntülər Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 5 ünvanındandır.
Meyvə-tərəvəzin qəsəbənin digər yerləri ilə müqayisədə daha ucuz satıldığı iddia olunan bu ünvanda nə istəsən tapmaq olar, bircə səliqə-sahmandan başqa.
Özünü marketin əməkdaşı kimi təqdim edən İqbal Vəliyev səkinin zəbt olunması iddiasının əsassız olduğunu deyib.
Sabunçu Rayon İcra Hakimiyyətindən bildirldi ki, səkinin zəbt edilməsi və kommersiya məqsədilə istifadə olunması qəti qadağandır.
Məsələ diqqətdə saxlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.