📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda tanınmış hoteldə insident - Həbs edildi

2026-09-11 18:08:23

Bakıda tanınmış hoteldə insident - Həbs edildi

Bakının Səbail rayonu ərazisində yerləşən “Four Seasons” hotelində səs-küy salaraq nalayiq ifadələr işlədən qadın inzibati qaydada həbs olunub.

Hadisə vaxtı 1999-cu il təvəllüdlü A.Fətullayeva sərxoş olub.

Məlum olub ki, iki nəfərlə hotelin qeydiyyat bölməsinə yaxınlaşan qadın səs-küy salıb. Bu zaman onlara bu halda hoteldə qonaq edə bilməyəcəkləri deyilib. Bundan sonra 27 yaşlı qadın qeydiyyatçını təhqir edib.

Hadisə yerinə gələn polis əməkdaşları qadıın barəsində protokol tərtib edib. Məhkəmənin qərarı ilə inzibati xəta törədən şəxs 10 gün müddətinə həbs edilib.\\xitab24.az