📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda sahibsiz itlər ana və uşaqlarına hücum etdi

2026-08-31 18:41:19

Bakıda sahibsiz itlər ana və uşaqlarına hücum etdi

Bakıda yolu keçən ana və uşaqlar sahibsiz itlərin hücumuna məruz qalıb.

Hurriyyet.media  xəbər verir ki, hadisə anını əks etdirən görüntülər yayılıb.

Videodan görünür ki, ana və uşaqları magistral yolu keçərkən bir neçə sahibsiz it onlara hücum edib. Təhlükəni görən digər vətəndaşlar avtomobillərini saxlayaraq ailənin köməyinə gəliblər.

Onlar itlərin qarşısını kəsərək ana və uşaqların təhlükəsiz şəkildə ərazidən uzaqlaşmasına şərait yaradıblar.

Hadisə zamanı ana və uşaqların xəsarət alıb-almadığı barədə məlumat yoxdur.