📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda restoranın mərtəbə artırmaq istəyi sakinləri qaranlığa qərq etdi - VİDEO

2026-08-30 13:21:27

Bakıda restoranın mərtəbə artırmaq istəyi sakinləri qaranlığa qərq etdi - VİDEO

Dəmir konstruksiya ilə restorana əlavə mərtəbə artırılıb...

Hurriyyet.media  xəbərinə görə, sakinlər deyirlər ki, görülən işlər nəticəsində mənzilləri gün işığına həsrət qalıb. Bu azmış kimi, 16  mərtəbəli yaşayış kompleksinin 3-cü mərtəbəsindəki mənzillərin pəncərəsi birbaşa restoranın masasına açılır.

Görüntülər Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Samir Cəfərov küçəsi bina 13 ünvanındandır.

Sakinlərin sözlərinə görə, eyvanlarına bitişik dəmir konstruksiyalar ötən ilin payızında da quraşdırılıb. Müvafiq qurumların müdaxiləsindən sonra ərazidən götürülsə də, 3-4 gün öncə yenidən peyda olub.

Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin sədri Rəhilə Əsədullazadə sakinlərin narahatlığına səbəb olan məsələnin həlli üçün dəfələrlə müvafiq qurumlara müraciət olunduğunu deyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.