📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda qadın maşına hücum çəkdi - Polis araşdırma aparır-Video

2026-09-05 17:19:14

Bakıda qadın maşına hücum çəkdi - Polis araşdırma aparır-Video

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qadın avtomobilə hücum çəkib.

Hurriyyet.media  xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə qadının idarə etdiyi maşınla qarşısındakı avtomobili vurduğu, daha sonra yerə enərək zərbələr endirdiyi, şüşələrini sındırmağa çalışdığı əks olunub.

İddialara görə, sözügedən avtomobil hadisəni törədən xanımın həyat yoldaşına aiddir.

Əldə etdiyimiz məlumata görə, hüquq-mühafizə orqanları hadisədən məlumatlıdır. Həmin şəxs artıq aidiyyəti polis şöbəsinə dəvət olunub.

Sözügedən görüntüləri təqdim edirik: