📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda güclü külək davam edir, dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşıb - YENİLƏNİB

2026-07-27 14:39:05

Bakıda güclü külək davam edir, dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşıb - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında hazırda güclü şimal-qərb küləyi əsir.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 13:00-a olan məlumatında qeyd edilib.

Küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 2,8 metrdir.

Azərbaycanın bəzi yerlərində şimal-qərb küləyi əsir.

Hurriyyet.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.