📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!

2026-09-13 14:29:23

Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!

Təmir işləri ilə əlaqədar paytaxtın Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrindəki məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri, təmir aparılan ərazilərdə diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş olunub.