📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda binalardan elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

2026-06-26 17:26:17

Bakıda binalardan elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Bakının Yasamal rayonu ərazisində yerləşən bir neçə binadan elektrik naqilləri oğurlanıb.

Hurriyyet.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı N.Bayramov və 35 yaşlı R.Xancanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı bu şəxslərin taladıqları elektrik naqillərini əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.