📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda avtobusda qadın sərnişin yıxılaraq xəsarət aldı - VİDEO

2026-07-31 11:08:35

Bakıda avtobusda qadın sərnişin yıxılaraq xəsarət aldı - VİDEO

Bakıda sərnişin avtobusunda qəza nəticəsində bir qadın xəsarət alıb.
Hurriyyet.media xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
İddialara görə, avtobus sürücüsünün qəfil əyləc verməsi nəticəsində qadın sərnişin müvazinətini itirərək yıxılıb. Nəticədə onun ayağının sındığı bildirilir.
Xəsarət alan qadına hadisə yerində ilkin tibbi yardım göstərilib.
Hadisənin görüntülərini təqdim edirik.