Bakıda 56 yaşlı kişi bulvarda öldü
2026-06-20 20:33:09
Bakıda meyit tapılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində baş verib.
Parkın ərazisində orta yaşlı kişinin meyiti aşkar edilib. Araşdırmalarla həmin şəxsin 1970-ci il təvəllüdlü Bakı şəhər sakini Rəşadət Mehdi oğlu Əlizadə olduğu müəyyənləşib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. İlkin ehtimala görə, R.Əlizadə park ərazisində ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.