📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı–Balakən qatarının hərəkət cədvəli dəyişəcək

2026-06-10 21:10:55

Bakı–Balakən qatarının hərəkət cədvəli dəyişəcək

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət cədvəlinə iyulun 1-dən etibarən hər iki istiqamətdə dəyişiklik edir.

Bu barədə Modern.az-a ADY-dən məlumat verilib.

Dəyişikliyə əsasən, qatar Bakıdan saat 23:30-də (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.