📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AzTV Afaq Bəşirqızıya 10 500, Zülfiyyə Qurbanovaya 12 500 manat ödəyəcək

2026-06-29 22:52:49

AzTV Afaq Bəşirqızıya 10 500, Zülfiyyə Qurbanovaya 12 500 manat ödəyəcək

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) daha bir qrup aktyor və aktrisa ilə əməkdaşlığa başlayıb.

Hurriyyet.info  İqtisadiyyat.az-a istinadla xəbər verir ki, AzTV bununla bağlı həmin sənət adamları ilə müqavilə bağlayıb.

Müqavilədə müxtəlif seriallar üzrə xidmətin satın alınması nəzərdə tutulur.

"Biz", "Səssiz səslər” və "44 gün" film və televiziya layihələri üzrə xidmətin satın alınması ilə bağlı bağlanmış müqaviləyə əsasən, aşağıdakı aktyor və aktrisalar layihəyə ödənişli şəkildə cəlb olunub:

1) Səfərova Afaq Bəşir qızı - 10.500 AZN,

2) Əliyev Ələkbər Həsən oğlu - 9.500 AZN,

3) Qurbanova Zülfiyyə Misirxan qızı - 12.500 AZN,

4) İbrahimov Şamil Zülfüqar oğlu - 15.000 AZN.