📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərişıq”da kadr dəyişikliyi: Vüqar Əhmədov əmr imzaladı

2026-07-29 13:09:10

“Azərişıq”da kadr dəyişikliyi: Vüqar Əhmədov əmr imzaladı

“Azərişıq” ASC-də kadr dəyişikliyi olub.

Hurriyyet.Media İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Fərid Nəcəfov vəzifəsindən azad olunaraq Masallı Elektrik Şəbəkəsinin rəisi təyin edilib.

Masallı Elektrik Şəbəkəsinin Barat Baratov isə vəzifəsindən azad edilərək Cəlilabad Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyin olunub.