📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı maaşını verməyən müdirini qaçırmaq istədi - Planı düz işləmədi - Video

2026-08-31 13:08:20

Azərbaycanlı maaşını verməyən müdirini qaçırmaq istədi - Planı düz işləmədi - Video

Almaniyada maaşını ala bilməyən 44 yaşlı azərbaycanlı şəxs müdirini qaçırmağa cəhd edib.

“Qafqazinfo” “RTL WEST” telekanalına istinadən xəbər verir ki, hadisə Vutterpal şəhərində baş verib.

Məlumata görə, həmyerlimiz 35 yaşlı digər bir azərbaycanlı ilə əlbir olaraq müdirini qaçırmaq barədə plan qurub. Lakin onun şəriki səhv adamı girov götürüb.

Hadisə zamanı onlar həmin şəxsi bıçaqla hədələyərək məcburən avtomobilə mindiriblər. Yolda maşını saxlayarkən o qaçmağa nail olub. İnsident anında girov yüngül xəsarətlər alıb.

Avqustun 28-də həmyerlilərimiz qaçırılma hadisəsi ilə bağlı Vutterpalda məhkəmə qarşısına çıxarılıblar.

Hər iki şəxs təhlükəli bədən xəsarəti yetirmək və azadlıqdan məhrumetmə ittihamları ilə müvafiq olaraq 1 il 7 ay və 1 il 6 ay müddətinə həbs cəzasına məhkum ediliblər.

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.