📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı biznesmen ticarət mərkəzi aldı

2026-09-04 19:01:27

Azərbaycanlı biznesmen ticarət mərkəzi aldı

Azərbaycanlı biznesmen ticarət mərkəzini alıb.

Söhbət “Qazprombank-invest” MMC-nin balansında olan “Qorod Kosino” ticarət mərkəzindən gedir.

Qeyd olunur ki, “Qazprombank-invest” MMC-ni Azərbaycanın “AF Holding” şirkətinin təsisçisi Azay Möhnətovun oğlu Aqil Möhnətova məxsus “Afkap” MMC alıb.

Ümumi sahəsi 130 min kvadratmetr olan “Qorod Kosino” ticarət mərkəzi 2021-ci ilin sonunda açılıb. Obyektin developeri TEN qrupu olub. Qrup bir il əvvəl layihəyə tərəfdaş qismində “Qazprombank-invest”i cəlb edib./lent.az