📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib

2026-06-29 18:16:43

Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib

Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, saziş bu il mayın 4-də Kito şəhərində imzalanıb.