📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub oldu

2026-06-09 21:21:17

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub oldu

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

"Sav" stadionunda baş tutan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycanın U-21 millisi iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.