📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın U-17 qızlar millisi Bakıda toplanışa başlayıb

2026-09-04 19:44:44

Azərbaycanın U-17 qızlar millisi Bakıda toplanışa başlayıb

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası sentyabrın 3-də Bakıda təlim-məşq toplanışına başlayıb.

Bu barədə Bakıvaxtı.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 9-dək davam edəcək hazırlıq çərçivəsində u-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq matçında qüvvəsini sınayacaq.

Görüşlər sentyabrın 6-da, saat 16:00-da və sentyabrın 9-da, saat 11:00-da "Dalğa Arena"nın ehtiyat meydanında keçiriləcək.