Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb
2026-06-12 22:54:51
Bakıda keçirilən çövkən üzrə II dünya çempionatının yarımfinalında Azərbaycan və Uruqvay milli komandaları qarşılaşıb.
Hurriyyet.info xəbər verir ki, yığma Binə Atçılıq Mərkəzində baş tutan görüşdə rəqibi üzərində 3:0 hesablı qələbə qazanaraq finala yüksəlib.
Yarımfinal mərhələsinin digər görüşündə Çili komandası Niger millisini 1:0 hesabı ilə məğlub edib.
Beləliklə, turnirin həlledici görüşündə Azərbaycan və Çili yığmaları üz-üzə gələcəklər.