📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın ABŞ ilə builki ticarət dövriyyəsinin dəyəri 467 milyonu ötüb

2026-07-27 15:24:10

Azərbaycanın ABŞ ilə builki ticarət dövriyyəsinin dəyəri 467 milyonu ötüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 467 milyon 191 min ABŞ dolları təşkil edib.

Hurriyyet.media -nın  Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 % azdır.

Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,9 %-i qədər olub.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb. Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.