📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanı U-15 Avropa çempionatında onlar təmsil edəcək - Fotolar

2026-09-07 21:36:53

Azərbaycanı U-15 Avropa çempionatında onlar təmsil edəcək - Fotolar

Yeniyetmə boksçular arasında U-15 Azərbaycan Kuboku keçirilib.

Hurriyyet.media  xəbər verir ki, Federasiyadan “azertag.az”a verilən məlumata görə, yarışda 39 komandanın 97 idmançısı 17 çəki dərəcəsində mübarizə aparıb.

Dörd gün davam edən turnirdə ölkənin ən güclü boksçuları müəyyənləşib.

Azərbaycan Kubokunda qalib olan idmançılar oktyabrda Türkiyənin Trabzon şəhərində keçiriləcək U-15 Avropa çempionatında milli komandanın heyətində yer alacaqlar.

U-15 Azərbaycan Kubokunun qalibləri

40 kiloqram: Hüseyn Rəhimli (Masallı)

42 kiloqram: Hümbət Almazov (Qazax)

44 kiloqram: Ələkbər Məmmədli (Tərtər)

46 kiloqram: Əlimədəd Qədirli (UGM-11)

48 kiloqram: Müslüm Ələkbərov (“Neftçi” İK)

50 kiloqram: Niyaməddin Tağızadə (“Qaradağ” İK)

52 kiloqram: Sənan Nəsibli (Qazax)

54 kiloqram: Sadiq Xəlilov (Naxçıvan MR)

57 kiloqram: Yusif Əli (Gəncə

60 kiloqram: Sunay Əzimov (DİN İC)

63 kiloqram: Nazim Qazıyev (Balakən OİK)

66 kiloqram: Rəfael Abbasov (Gəncə)

70 kiloqram: Sərxan Haxverdiyev (Gəncə)

75 kiloqram: Həsən Lütfəliyev (“Qızıl əlcək” İK)

80 kiloqram: Fərhad Əhmədli (DİN İC)

90 kiloqram: Teymur Tanrıverdiyev (“Balakən” BK)

+90 kiloqram: Hüseyn Aydəmirli (“Səbail” İK).