📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycandan qurban əti apardı, müsadirə edildi - Video

2026-09-08 22:11:07

Azərbaycandan qurban əti apardı, müsadirə edildi - Video

Türkiyədə hava limanında azərbaycanlı qadının baqajından qurban əti çıxıb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə DMAX telekanalında yayımlanan “Gümrük Muhafaza Türkiye” verilişində kadrlar təqdim olunub.

Görüntülərdə İstanbul Hava Limanında sənədləri və çantası yoxlanılan azərbaycanlı qadının baqajından ət məhsulu aşkarlanır. Qadın bunun anasının ona verdiyi qurban əti hədiyyəsi olduğunu bildirərək götürülməməsini xahiş edib.

Lakin gömrük əməkdaşları qaydalara uyğun olaraq əti müsadirə edib, sənədləşmədən sonra qadının digər şəxsi əşyaları özünə qaytarılıb.

Həmin görüntüləri təqdim edirik: