📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək

2026-06-20 21:47:07

Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək

İyunun 21-də Azərbaycandan Ermənistana ümumi miqdarı min ton olan 17 vaqon dizel yanacağı Biləcəri stansiyasından yola salınacaq.

Hurriyyet.info xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Xatırladaq ki, martın 5-də 1 984 ton, aprelin 11-də 887 ton, mayın 9-da isə 479 ton dizel yanacağı Azərbaycandan Ermənistana göndərilib.