📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda zoonoz xəstəliklərə qarşı mübarizəyə dair Milli Strategiya hazırlanacaq

2026-09-10 20:37:46

Azərbaycanda zoonoz xəstəliklərə qarşı mübarizəyə dair Milli Strategiya hazırlanacaq

Azərbaycanda zoonoz xəstəliklərə qarşı mübarizə tədbirlərinə dair Milli Strategiya hazırlanacaq.

Hurriyyet.media  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, Milli Strategiyanın hazırlanması Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, və İqtisadiyyat nazirliklərinə tapşırılıb.

Strategiyanın insanlar və heyvanlar arasında zoonoz xəstəliklərin səbəb olduğu sağlamlıq risklərinin, bununla əlaqədar xəstəlik və ölüm hallarının azalmasına xidmət edəcəyi vurğulanıb.