📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda şagirdlərin birinci siniflərə elektron qəbulu başa çatdı

2026-09-03 22:45:09

Azərbaycanda şagirdlərin birinci siniflərə elektron qəbulu başa çatdı

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, son məlumata əsasən, 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.

Qeyd olunub ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.