📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda rəsmi icazəsi olan plastik cərrahların sayı...

2026-08-31 23:16:28

Azərbaycanda rəsmi icazəsi olan plastik cərrahların sayı...

Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.

Siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha bir həkim-mütəxəssis əlavə olunub.

Məlumata əsasən, siyahıya həkim-mütəxəssis Həsənli Abidin Nəsib oğlu daxil edilib.

Sonuncu dəyişiklikdən sonra ölkə ərazisində plastik cərrahiyyə sahəsində qanuni praktik tibb fəaliyyəti hüququ olan həkimlərin ümumi sayı 46 nəfərə yüksəlib. Teleqraf.az