📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda iki qurum birləşdirildi

2026-06-10 21:26:48

Azərbaycanda iki qurum birləşdirildi

Bakı Şəhər Heyvanat Parkı ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirmə yolu ilə yenidən təşkil olunacaq.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

"Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Heyvanat Parkının "Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən yaradılması nəzərdə tutulan Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşmə yolu ilə yenidən təşkilini təmin etsin".