Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlir artıb
2026-06-18 14:11:26
Cari ilin yanvar-may aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 630,9 milyon manat məbləğində avtomobil yanacağı alıblar.
Dövlət Statistika Komitəsindən Hurriyyet.info-ya bildirilib ki, 2025-ci ilin müvafiq ayları ilə müqayisədə avtomobil yanacağı satışından əldə edilən gəlir 5,4 faiz artıb.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil yanacağı satışından 6,4 faiz gəlir əldə edilib.