📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan Türk dünyasında söz sahibidir"

2026-06-29 16:11:23

Azərbaycan Türk dünyasında söz sahibidir.

hurriyyet.info  APA-ya istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Tokayev qeyd edib ki, Azərbaycan qardaş xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verir:

"Buna görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”.

Qazaxıstan lideri qeyd edib ki, yaxın illərdə Türküstan şəhərində Türk Sivilizasiyası Mərkəzi inşa olunacaq:

“Bu günlərdə qardaş dövlətlərin rəhbərləri ilə birlikdə həmin unikal mərkəzin təməlqoyma mərasimində iştirak etdik. İnanıram ki, bu təşəbbüs qardaş xalqların tarixi və mədəni irsinin qorunması və möhkəmləndirilməsinə yeni təkan verəcək”, – Tokayev vurğulayıb.