📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan millisinin üzvünə xaricdən 4 təklif var

2026-06-14 16:12:08

Azərbaycan millisinin üzvünə xaricdən 4 təklif var

"Neftçi"nin qapıçısı Rza Cəfərov karyerasını xaricdə davam etdirməyə yaxındır.

Millimizin gənc qolkiperinə ən ciddi maraq göstərən klub Sloveniyanın "Maribor" kollektivdir. Sloveniyalılar transferi artıq bu yay başa çatdırmaq niyyətindədirlər.

Bundan əlavə, Cəfərov Rumıniyanın "Dinamo" (Buxarest), İranın "Traktor" və Finlandiyanın HİK kimi klublarının da transfer siyahısında yer alır. "Ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun da Rzaya şans vermək istədiyi bir vaxtda gənc qapıçının hansı addımı atacağı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, Cəfərovun "Neftçi" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Qəbələ"də keçirib.  (azerisport.com)