📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan güləşçisi Avropa çempionatında gümüş medal qazanıb

2026-05-14 21:50:36

Azərbaycan güləşçisi Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında gümüş medal qazanıb.

Oxu.Az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici final görüşündə ukraynalı Olena Kolubay ilə qarşılaşıb. Görüş rəqibin 10:0 hesablı qələbəsi ilə başa çatdığı üçün idmançımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, qitə birinciliyinə mayın 17-də yekun vurulacaq.