📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Güləş Federasiyası və "Sülh naminə güləş" təşkilatı arasında memorandum imzalanıb

2026-07-26 15:07:15

Azərbaycan Güləş Federasiyası və

Azərbaycan Güləş Federasiyası (AGF) və Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən "Sülh naminə güləş" təşkilatı arasında memorandum imzalanıb.

Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə rəsmi şəxslər və digər qonaqlar iştirak ediblər.

"Sülh naminə güləş" təşkilatının icraçı direktoru Den Rassel Azərbaycan Güləş Federasiyasının baş katibi Pərviz Piriyev ilə görüşərək əməkdaşlığa görə təşəkkürünü bildirib.

Daha sonra ABŞ və Azərbaycan komandalarının üzvləri arasında qarşılıqlı hədiyyə mübadiləsi olub. Həmçinin ABŞ millisinin üzvləri "Zəfər" Güləş Klubunun uşaqlarına imzalı posterlər təqdim ediblər.

Qonaq isə ABŞ və Azərbaycanın güləş üzrə U-17 milli komandalarına və "Zəfər" Güləş Klubunun uşaqlarına iki ölkənin bayraqlarının nişanları təqdim olunub.

Sonda "Sülh naminə güləş" təşkilatı və AGF arasında Anlaşma Memorandumu imzalanıb.