📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan Dəmir Yolları" iki şirkətini birləşdirir

2026-06-30 15:09:46

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin fəaliyyətinə xitam verilir.

Bunu Xezerxeber.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, onun bütün hüquq və vəzifələri "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-yə keçirilir. Son nəticədə ikinci yenidən təşkil olunur. Debitor və kreditorlar səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanına müraciət edə bilərlər.