📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşdi - Video

2026-09-02 11:51:56

Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşdi - Video

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb. 

Hurriyyet.media  xəbər verir ki, çempionatın birinci günündə idmançılar 11 dəst medal uğrunda mübarizə aparıblar. 

Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı, 29 sentyabr - 2 oktyabr tarixlərində keçiriləcək beynəlxalq Mingəçevir Reqasında iştirak edəcək komandanın heyətinə cəlb olunacaqlar.  

Qeyd edək ki, ölkə çempionatında idmançılar akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoedə isə 1 nəfərlik qayıqda mübarizə aparırlar. Azərbaycan çempionatına sentyabrın 2-də yekun vurulacaq.  

Azərbaycan çempionatının ilk gününün texniki nəticələri aşağıdakı kimidir: