📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib

2026-09-11 14:12:16

Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib

Azərbaycan Avtomobil Federasiyası (AAF) qurumun adından saxta elektron məktublar göndərilməsinə dair xəbərdarlıq edib. 

Qurumdan “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, kiberdələduzluq nəticəsində Federasiyanın [email protected] elektron poçt ünvanından müxtəlif şəxslərə guya xeyriyyə məqsədilə ianələr toplanılmasına dair məktublar göndərilib. 

Azərbaycan Avtomobil Federasiyası bu məzmunda məktubların federasiya ilə bağlı olmadığını bildirib və vətəndaşları belə dələduzluq hallarına qarşı diqqətli olmağa çağırıb.