📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan atleti Anna Skidan: "Tədricən böyük turnirlərə qayıtdığım üçün xoşbəxtəm"

2026-06-22 14:18:20

Azərbaycan atleti Anna Skidan:

Azərbaycan atleti Anna Skidandan tədricən böyük turnirlərə qayıtdığı üçün xoşbəxtdir.

34 yaşlı idmançı bu barədə "Report"a açıqlamasında bildirib.

O, Yunanıstanda keçirilən Balkan çempionatında çəkicatma növündə bürünc medal qazanması ilə bağlı fikirlərini bölüşüb:

"Bu, möhtəşəm hissdir. Tədricən böyük yarışlara qayıtdığım üçün xoşbəxtəm. Hələ də, demək olar ki, analıq məzuniyyətindəyəm. Uşağım 10 aylıqdır".

Təcrübəli idmançı uzun müddətdən sonra yarışda çıxış etməyin onun üçün çətin olmadığını söyləyib:

"Bu, mənim üçün əla başlanğıcdır. Çətin deyildi. Bu fürsətdən zövq aldım".

A.Skidan qarşıdakı hədəflərindən də söz açıb:

"2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış etmək niyyətindəyəm. Bunun üçün hazırlaşacağam və yaxşı mübarizə aparmaq istəyirəm".

Qeyd edək ki, Anna Skidan Yunanıstanın Volos şəhərində keçirilən atletika üzrə Balkan çempionatında çəkicatma növündə 64.55 metr nəticə göstərərək bürünc medal qazanıb.