📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi müzakirə olunub

2026-06-11 22:53:06

Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi müzakirə olunub

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və həmkarları ilə Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi, strateji əməkdaşlıq, regional proseslər, parlament diplomatiyası, eləcə də iqtisadi və humanitar tərəfdaşlıqlar barədə məhsuldar görüş keçirilib.

"Report" xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov "X" sosial şəbəkə hesabında yazıb.

"Biz qarşılıqlı hörmət, ortaq maraqlar və konstruktiv dialoq vasitəsilə ikitərəfli əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğuladıq", - paylaşımda bildirilib.