📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azər Əhmədov klinika direktoru oldu

2026-06-12 11:59:39

Azər Əhmədov klinika direktoru oldu

Bir ay əvvəl Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunan Azər Əhmədova yeni vəzifə verilib.

Hurriyyet.info  xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumatda bildirilir ki, o, "Universal Hospital”ın Tibb Xidmətləri üzrə direktoru təyin edilib.

Qeyd edək ki, A.Əhmədov mayın 12-də Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

Həkim daha əvvəl K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsində işləyib.