📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi

2026-06-27 13:31:09

AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi

Azərbaycan Hava Yollarının (AZAL) iyunun 27-nə planlaşdırılan Bakı-Naxçıvan istiqamətində bütün reysləri ləğv edilib.

Hurriyyet.info Musavat.com istinadla xəbər verir ki, buna səbəb Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində müşahidə olunan ildırımlı hava şəraiti olub.

AZAL-dan bildirilib ki, sərnişinlərə uçuşlarla bağlı baş verən dəyişikliklər barədə ətraflı məlumat veriləcək. Hava şəraiti normallaşdıqdan sonra reyslər ştat rejimində bərpa olunacaq.

Qeyd olunub ki, aviaşirkətin bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun icra olunur.