Avtomobillər toqquşdu, biri mağazaya çırpıldı - Video - Fotolar
2026-09-07 12:41:37
Gəncədə yol qəzası olub.
Hurriyyet.media xəbər verir ki, hadisə şəhərin Təbriz və Cavad Rəfibəyli küçələrinin kəsişməsində baş verib.
“Chevrolet” markalı avtomobil “Prius” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən “Chevrolet” mağazaya çırpılıb. Nəticədə, sürücü müxtəlif bədən xəsarətləri alıb. O, yaxınlıqdakı xəstəxanaların birinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo

