📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avtomobil motosikletlə toqquşdu - 68 yaşlı qadınla oğlu öldü

2026-09-14 19:11:27

Avtomobil motosikletlə toqquşdu - 68 yaşlı qadınla oğlu öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.media  Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

36 yaşlı Əsgərov Emin Yavər oğlunun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub. Nəticədə, motosikletçi və sərnişini olan anası 68 yaşlı Əsgərova Xuraman Əminağa qızı həlak olublar.

Faktla bağlı araşdırma aparılır.